Yaponiyanın ən şimalındakı Hokkaydo adası sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar bir gün əvvəl saat 21:23-də (Bakı vaxtı ilə 00:23) təxminən 157 min insanın yaşadığı Kuşiro şəhərindən 173 km şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta