AZ

Elm və təhsil nazirinin müavini İstanbulda sammit çərçivəsində bir sıra görüşlər keçirib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 iyun, AZƏRTAC

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir müavini Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüb. Görüş zamanı ümumi və peşə təhsili sahələrində qardaş ölkələr arasında cari əməkdaşlıq müzakirə edilib, gələcək əməkdaşlığın genişləndirilməsi üzərində fikir mübadiləsi aparılıb.

Sammit çərçivəsində nazir müavini həmçinin Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir müavini, eyni zamanda Özbəkistan Respublikasının məktəbəqədər və məktəb təhsili nazirinin müavini Farhod Esanoviç Bokiyev ilə görüşərək iki ölkə arasında məktəbəqədər və ümumi təhsil sahələrində davam edən və planlaşdırılan əməkdaşlıq perspektivlərini müzakirə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
azertag.az

3Mənbələr