Rusiyanın Xalq Artisti Valentina Talızina bu gün, 2025-ci il iyunun 21-də, 90 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskvadakı Mossovet Teatrı özünün Telegram kanalında məlumat yayıb.
Teatr kollektivi sənətkarın ailəsinə və yaxınlarına başsağlığı verib, onun vəfatını Rusiya incəsənəti üçün böyük itki, Mossovet Teatrı üçün isə əvəzolunmaz bir itki adlandırıb.
Bu ilin mart ayında Valentina Talızinada xərçəng xəstəliyinin aşkarlandığına dair məlumat yayılmışdı, lakin aktrisa özü bu xəbərləri təkzib edərək, özünü normal hiss etdiyini bildirmişdi.
Valentina Talızina 1935-ci il yanvarın 22-də Omsk şəhərində anadan olub. Karyerası ərzində o, “Afonya”,, “Tale ironiyası”, “Teatra mədəni yürüş”, “İtalyanların Rusiyada inanılmaz sərgüzəşti” və digər tanınmış filmlər də daxil olmaqla, 160-dan çox kino layihəsində rol alıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta