Rusiya Xalq artisti Valentina Talızina 90 yaşında vəfat edib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Valentina Talızina 1935-ci ildə Omskda anadan olub.
O, “İtaliyalıların Rusiyada ağlasığmaz macəraları”, “Afonya”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” kimi bir sıra məşhur filmlərdə, eyni zamanda, teatr səhnəsində rol alıb