AZ

Yerli şirkətlərin sərgisi başa çatıb (FOTO)

Bakı. Trend:

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı“Yerli şirkətlərin tanıtım sərgisi” başa çatıb.

“Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerlişirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyükplatformalardan biridir. Sərginin məqsədi yerli şirkətlərin məhsulvə xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendlərigeniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarınıartırmaq və biznes subyektləri arasında qarşılıqlı əməkdaşlığıtəşviq etməkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “MarsolGroup”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə qida, İKT,təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil vədigər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkətinməhsul və xidmətləri nümayiş olunub.

Builki sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekolojitəmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakınaüstünlük verilib. Dörd gün ərzində sərgiyə 30 mindən çox ziyarətçiqatılıb. Mikro və kiçik sahibkarların iri şirkətlərin təchizatzəncirində iştirakının artırılması məqsədilə sərgi çərçivəsindəKOB-ların 10-a yaxın iri şirkətlə “B2B” görüşləri təşkilolunub.

KOB-ların ixrac imkanlarının artırılmasına dəstək üçün sərgidəbir sıra xarici ölkələrin ticarət palatalarının və müvafiqtəşkilatların iştirakı təmin edilib. KOB-lara dəstək məqsədiləbuilki sərgidə də ödənişsiz stend ayrılıb. “Kapital Bank"ın rəsmitərəfdaşlığı ilə keçirilən sərginin bu ilki tərəfdaşları DövlətMəşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İşAdamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) olub.

Yerli
Yerli
Yerli
Yerli
Yerli
Seçilən
3
7
az.trend.az

4Mənbələr