EN

İranda ölənlərin sayı açılandı

İsrailin hücumları nəticəsində 54-ü qadın və uşaq olmaqla, 400-dən çox iranlı həlak olub.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib.

O qeyd edib ki, 3056 nəfər də yaralanıb.

Artıq 2200 nəfər müalicə olunaraq xəstəxanalardan buraxılıb.

Kermanpur həlak olanların əksəriyyətinin mülki vətəndaşlar olduğunu vurğulayıb.

İyunun 19-da İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman özünün Telegram kanalında İranla zərbələrin mübadiləsinin başlamasından bu yana İsraildə 24 mülki şəxsin həlak olduğu və 838 nəfərin yaralandığı məlumat yayıb.


Telegram kanalımız
Chosen
8
14
yenisabah.az

10Sources