AZ

“Fənərbaxça”dan Con Duran üçün 16 milyonluq icarə planı

“Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən kolumbiyalı hücumçu Con Duranı heyətinə qatmaqda israrlıdır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Sercan Hamzaoğlu məlumat yayıb.

Mənbənin sözlərinə görə, İstanbul təmsilçisi 20 yaşlı futbolçunun icarəsi və maaşı üçün ümumilikdə 16 milyon avroluq büdcə ayırıb.

“Əl-Nəsr” hələ ki, "Fənərbaxça"nın bu təklifinə rəsmi cavab verməyib. 

Qeyd edək ki, Con Duran bu ilin əvvəlində İngiltərənin “Aston Villa” klubundan Səudiyyə klubuna transfer olunub.

O, 2024/25 mövsümündə “Əl-Nəsr”in heyətində 18 oyunda iştirak edib, 12 qol vurub. Bu qolların 8-i Pro Liqada, 4-ü isə Asiya Çempionlar Liqasında qeydə alınıb.

Espirito Santo ilə yenidən: 2028-ə qədər müqavilə

"Çelsi"yə qanalı ulduz - Danışıqlar başladı

London klubu azarkeşlərinə görə cərimələndi

Premyer Liqada yeni transfer rekordu: 125 milyon avro

DÇ: “Benfika"dan darmadağın, “Çelsi” bacarmadı - YENİLƏNİB

Seçilən
8
36
apasport.az

10Mənbələr