AZ

"Putinin Ukraynada "bufer zonaları" nə üçün təhlükəlidir?" - ISW

 
"Məqsəd təkcə dörd vilayət deyil - Kreml işğalı genişləndirmək niyyətindədir..."
 
Rusiya diktatoru Vladimir Putin Ukraynada "bufer zonaları" ideyasını Rusiyanın ərazi iddialarını daha da genişləndirmək üçün bəhanə kimi istifadə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
 
Analitiklər xatırladır ki, Putin Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı Rusiya ordusunun artıq qanunsuz şəkildə ilhaq edilmiş dörd vilayətdən kənarda da mövcudluğunu etiraf edib. O, həmçinin "rus əsgərinin ayağı hara dəyibsə, ora Rusiyadır" ifadəsini yada salıb. Putin "prinsipcə" Sumı şəhərinin işğalını da istisna etmədiyini söyləyib, baxmayaraq ki, onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret plan yoxdur.
 
Bununla yanaşı, ISW analitikləri bildirir ki, Rusiya rəsmiləri Dnepropetrovsk vilayətində "bufer zona" yaradılması ideyasını təklif edib. Məqsəd - işğal altındakı Donetsk vilayətini Ukrayna zərbələrindən qorumaqdır. Habelə Rusiya Xarkov vilayətinin şimalında apardığı hücumu da Belqorod şəhərinin müdafiəsi ilə əsaslandırmağa çalışır.
 
ISW qeyd edir ki, təklif olunan "bufer zonaları" hələ Rusiya tərəfindən rəsmi ilhaq edilməmiş Xarkov və Dnepropetrovsk vilayətlərini əhatə edir. Analitiklər vurğulayır: "Kreml açıq şəkildə göstərir ki, Luqansk, Donetsk, Zaporojye və Xersonla kifayətlənmək niyyətində deyil. "Bufer zona" anlayışı Rusiyanın bu dörd vilayətdən kənara çıxmaq üçün yeni bəhanəsinə çevrilir".
 
Putinin Ukrayna müharibəsi barədə bəyanatları
 
İyun ayının 20-də Putin bir sıra açıq bəyanatlarla çıxış edib və Sumı şəhərinin işğalını mümkünsüz saymadığını bildirib: "Sumı vilayətində təhlükəsizlik zonasının dərinliyi 10-12 kilometrdir. Bu zonadan sonra artıq vilayət mərkəzi - Sumı şəhəri gəlir. Bizim Sumını tutmaq kimi vəzifəmiz yoxdur, amma prinsipcə bu istisna deyil", - o, qeyd edib.
 
Putin bir daha müharibəyə görə Ukraynanı və Qərbi günahlandırıb. Onun sözlərinə görə, Qərb dövlətləri və ukraynalı "neonasistlər" guya Moskvanı "DXR/LXR"in qondarma müstəqilliyini tanımağa və onlara hərbi yardım göstərməyə "məcbur ediblər".
Seçilən
59
34
moderator.az

10Mənbələr