II Liqada mübarizə aparan “Hypers Guba” klubunun adı dəyişib.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bunlar qeyd edilib:
“Bir ad, bir dövr başa çatdı… Yeni bir nəfəs başlayır.
Uzaqlardan gələn bir səda var, Qubanın dağlarından, çaylarından, dumanlı səhərlərindən doğan bir çağırış…
Bu çağırışa səs verdik. Komandamız bu gündən etibarən Hypers Guba adını rəsmi olaraq Quba PFK ilə əvəz edir. Bu rebrendinq, yeni başlanğıcın xəbərçisidir.
“Hypers Guba” adı isə bizim üçün bir tarixdir, bir ruhdur, bir xatirədir. O adla qazanılan hər zəfər, yaşanan hər acı, atılan hər addım bizimlə qalacaq, sükutla yaşayan bir əfsanə kimi…
Amma indi Quba PFK adı ilə Qubanın adını daha da yüksəklərə daşımaq zamanıdır.
İrəlidə bizi hələ yazılmamış hekayələr, yenilməmiş rəqiblər və qazanılmamış çempionluq gözləyir.
Quba Peşəkar Futbol Klubu (Quba PFK) – səssiz dağların, güclü ruhun komandası kimi yeni tarixlər yazmaq ümidi ilə”.
Qeyd edək ki, daha əvvəl adı ingilis dilində olan klub tənqidlərə məruz qalmışdı.
"İmişli" baş məşqçisi ilə yollarını ayırdı
“Sabah”ın yay hazırlıq planı müəyyənləşib
Millimizin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb
Misli Premyer Liqası və Azərbaycan kuboku yeni mövsümdə də “CBC Sport”da
"Neftçi"nin rəqibləri bəlli olub