BAKI, 21 iyun. TELEQRAF
Klublararası Dünya Çempionatının 2-ci turunun daha bir oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, C qrupunda mübarizə aparan Portuqaliyanın "Benfika" klubu Yeni Zelandiya təmsilçisi "Oklend Siti"ni darmadağın edib – 6:0.
Lissabon klubu 2 oyundan sonra 4 xalla qrupda liderdir. Cəmi 1 oyun keçirən “Bavariya” 2-ci pillədə mövqe tutur. 3-cü sıradakı “Boka Xuniors”un 1 xalı (1 oyun) var. Qrupda hər iki oyunda uduzan "Oklend Siti" sonuncu pillədədir.
İkinci turun "Bavariya" (Almaniya) - "Boka Xuniors" (Argentina) oyunun iyunun 21-də Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Qeyd edək ki, “Benfika"- "Oklend Siti" oyunu pis hava şəraiti səbəbindən təxminən iki saatdan çox yarımçıq dayandırılmışdı.