“Benfika” komandanın kapitanı Nikolas Otamendi ilə müqavilənin müddətini artırıb. Msport.az xəbər verir ki, 37 yaşlı futbolçu 2026-cı ilin yayına kimi Lissabon klubunda çıxış edəcək.
Argentinalı müdafiəçi 2020-ci ildən “Benfika”nın formasını geyinir. O, bu komanda ilə çempionatı, ölkə kubokunu və superkuboku qazanıb.
Otamendi ötən mövsüm Portuqaliya çempionatında 31 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Nikolas 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.