AZ

İranın şimalında 5,1 bal gücündə zəlzələ baş verib

İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.


Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 

Məlumata görə, yeraltı təkanların episentri təxminən 124 min nəfərin yaşadığı Semnan şəhərindən 36 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.


Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir. Yerlərdə vəziyyət araşdırılır.

Tarix: 20 İyun 2025, 23:00   
Seçilən
15
30
pravda.az

10Mənbələr