AZ

Putin Ukraynanın Sumı vilayətini ələ keçirməyi istisna etməyib

Rusiya Ukrayna ilə sərhədində təhlükəsizlik zonası yaratmağa məcburdur.

Tribunainfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.

O qeyd edib ki, Kiyev Kursk vilayətindəki avantürası ilə döyüş təmas xəttinin uzunluğunu faktiki olaraq iki dəfə artırıb.

Putin bildirib ki, Sumı vilayətində təhlükəsizlik zonasının dərinliyi 10-12 kilometrdir: “Bizim Sumı vilayətini götürmək vəzifəmiz yoxdur. Amma prinsipcə bunu istisna etmirəm”.

Seçilən
0
7
tribunainfo.az

8Mənbələr