AZ

Putin Ukraynanın Sumı vilayətini ələ keçirməyi istisna etməyib

Rusiya Ukrayna ilə sərhədində təhlükəsizlik zonası yaratmağa məcburdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.

O qeyd edib ki, Kiyev Kursk vilayətindəki avantürası ilə döyüş təmas xəttinin uzunluğunu faktiki olaraq iki dəfə artırıb.

Putin bildirib ki, Sumı vilayətində təhlükəsizlik zonasının dərinliyi 10-12 kilometrdir: "Bizim Sumı vilayətini götürmək vəzifəmiz yoxdur. Amma prinsipcə bunu istisna etmirəm".

Seçilən
0
7
apa.az

8Mənbələr