AZ

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun və həmrəyliyinin əyani nümunəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

“Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyəmünasibətlərinin təməlini təşkil edərək, təkcə regionda deyil,bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın vəqarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Azərbaycan vəTürkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regionalvə qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıqsahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, həriki dövlət Türk dünyasında birliyin və həmrəyliyinmöhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr vətəşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. TürkiyəAzərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatikəlaqələrin bərpasında və ölkəmizin beynəlxalq aləmdə yerinin,mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. Ümumiləşdirilmişşəkildə qeyd etsək, Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix,mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəmqardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost, qardaşölkədir. Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə münasibətlərinin dahada möhkəmlənməsində, yeni sahələr üzrə inkişafında əhəmiyyətli roloynadı. Dünya hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyidövrdə bu birliyin, həmrəyliyin sarsılmazlığının şahidinə çevrildi.Dövlət başçısı İlham Əliyev iyunun 19-da qardaş Türkiyəyə işgüzarsəfəri çərçivəsində Kahramanmaraş şəhərində “Azərbaycan”məhəlləsinin açılış mərasimindəki çıxışında bir daha bu reallıqlaradiqqəti yönəldərək Azərbaycan-Türkiyə münasibətlərini “Zəlzələbölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini,sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki,Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var.Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çoxbacı-qardaşlarımız var” fikirləri ilə ifadə edərək onu da qeyd etdiki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hərzaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsininaçılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizimbirliyimizin, dostluğumuzun təzahürüdür.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, bu fakt inkaredilməzdir ki, ölkələrarasında əlaqələrin inkişafında dövlət başçılarının dostluqmünasibətləri əhəmiyyətli rol oynayır. Bu gün dünyaAzərbaycan-Türkiyə münasibətlərinin inkişafında bu amilin rolunudaha aydın şəkildə görür. Dövlət başçısı İlham Əliyevin və TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətlərimizin bu günü vəsabahı ilə bağlı xoş sözləri, açıqladıqları birgə hədəflər də bununbariz nümunəsidir. Sıx tellərlə bağlı olan bu əlaqələr zamanınsınaqlarından şərəflə çıxaraq bu gün müttəfiqlik səviyyəsinəyüksəlib. 2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi,Qarabağın tacı Şuşa iki dost, qardaş ölkənin dostluğunun,qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi.Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bundan sonrakımərhələdə inkişafının yol xəritəsidir. Dövlət başçısı İlham Əliyev“Azərbaycan” məhəlləsinin açılışı mərasimindəki çıxışında dadiqqəti bu sənədin imzalanmasına yönəldərək bildirdi ki, dörd ilbundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımızŞuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyəqaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə vəAzərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji,nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanındainamla, uğurla irəliləyir.

Böyük öndərlər - Mustafa Kamal Atatürkün “Azərbacanın sevincibizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bizbir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün özaktuallığını qoruyur. Sevincli, kədərli anlarda daim biri-birinədəstək olan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Dövlətbaşçısı İlham Əliyev çıxışında bu məqamı da qeyd etdi ki, biz yaxşıgünlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq,bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycanqardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmliamildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıqrəmzidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 2023-cü il fevralın 6-daTürkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələqardaş ölkə üçün növbəti sınaq oldu. Azərbaycan dövləti və xalqıilk gündən qardaş ölkənin yanında oldu. Azərbaycan dövləti iləyanaşı, aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların vəölkə əhalisinin yardım kampaniyalarına fəal şəkildə qoşulmasıbütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızınqardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi. Azəbaycanxalqı “Qardaş Türkiyənin yanındayıq” çağırışını səsləndirdi və bunuəməli ilə sübut etdi. Bu təbii fəlakət saysız-hesabsız sınaqlardançiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyəqardaşlığının sarsılmazlığını, əbədiliyini bir daha təsdiqlədi.Dövlət başçısı İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyinəgəlib çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığıverdikdən sonra səfirlə söhbət zamanı bu əminliyi ifadə etmişdi ki,Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq.Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaşxalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsiretməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə dəmübarizədə öz gücünü göstərir.

Zəlzələdən dərhal sonra Rəcəb Tayyib Ərdoğanan liderliyi iləaxtarış-xilasetmə işlərinə başlanıldı, ondan sonra yenidənqurma vəinşaat işlərinə start verildi. Qısa müddət ərzində on minlərləinsan yeni mənzillərlə təmin edildi. Dövlət başçısı İlham Əliyevvurğuladı ki, bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqınabağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eynizamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlətqısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görəbilər. O da bildirildi ki, Kahramanmaraşlılar dəhşətli zəlzələ iləüz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər.Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider RəcəbTayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır.Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğmaxalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin xüsusitapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçünKahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.Artıq bu məhəllə sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyevvurğuladı ki, “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəlhadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizimtürkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var,mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur.

Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi busarsılmaz qardaşlığın rəmzinə çevriləcək. Bu layihə təkcə birtikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyəqardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq vəhəmrəyliyin əyani nümunəsidir. Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan “Azərbaycan” məhəlləsinin açılışını belə dəyərləndirdi:“Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir,qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indiAzərbaycanın dəstəyi ilə yenidən canlanır. İlham qardaşımın da daimnəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımızaetibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyranqoyacağı bir əsər olacaq.”

Vüqar Rəhimzadə bildirib ki, hər gün Azərbaycan-Тürkiyəqardaşlığı tarixinə yeni bir uğur səhifəsini yazır. Bu,ölkələrimizin, xalqlarımızın daim bir yerdə olduğunun, hər zamanhədəflərə doğru birgə addımladıqlarının göstəricisidir. Azərbaycanilə Türkiyə bu gün regionda və beynəlxalq müstəvidə bir-birinin ənetibarlı tərəfdaşı kimi çıxış edir.

Məqalədə:
Seçilən
4
8
az.trend.az

9Mənbələr