Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Index.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Sanksiyalar 56 fiziki və 55 hüquqi şəxsə şamil edilib.
Məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi şəxslərin siyahısına Çindən 6, Belarusdan isə 1 hüquqi şəxs daxil edilib.