Ukrayna Prezidenti 50-dən çox rusiyalı və Rusiya, Çin və Belarusdan olan hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Çin və Belarusdan olan 56 fiziki və 55 hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. Müvafiq sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.
Sanksiya siyahısına Rusiya istehsalat müəssisələri və şirkətləri ilə yanaşı, Çindən altı və Belorusdan bir hüquqi şəxs də daxil edilib. Bu müəssisələr “Geran”, “Orlan-10”, SuperCam və FPV tipli dronların istehsalı ilə məşğuldur.
Bundan əlavə, sanksiyalar siyahısına “Alabuga Machinery” MMC-yə təchizat həyata keçirən şirkətlər və Rusiyada dron istehsalı üçün komponentlər idxal edən hüquqi şəxslər də daxil edilib.
Qeyd edək ki, mayın 1-də Zelenski İsveçrə, Sinqapur və Rusiyada qeydiyyatdan keçmiş 81 şirkətə qarşı sanksiyalar tətbiq etmişdi. Bu hüquqi şəxslərin 78-i Rusiyada, ikisi Sinqapurda, biri isə İsveçrədə qeydiyyatdan keçib. Həmin müəssisələr qaz, neft, ammonyak və metallurgiya sənayesi sahələrində fəaliyyət göstərirlər. Xüsusilə, Novolipetsk Metallurgiya Kombinatı, Stoylenskiy Mədən və Emal Kombinatı və digər şirkətlər sanksiyalara məruz qalanlar arasındadır.
Məryəm Quliyeva