AZ

Azərbaycan-Gürcüstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 20-də ölkəmizdəsəfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat vəiqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıqetdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə spiker bildirib ki, dostluq və qardaşlıq ənənələrinəsöykənən əlaqələrimiz bu gün strateji tərəfdaşlıq səviyyəsinəyüksəlib. Münasibətlərimizin inkişafında ali və yüksək səviyyəlisəfərlər mühüm rol oynayır.

Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarçərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü vəsuverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəyliknümayiş etdirməsi məmnunluqla vurğulanıb. Qeyd edilib ki,ölkələrimiz regionda həyata keçirilən nəhəng enerji və nəqliyyatlayihələrində uğurla əməkdaşlıq edirlər.

İki ölkənin parlamentlərarası münasibətlərindən danışan spikerSahibə Qafarova deyib ki, qanunvericilik orqanlarımız arasında çoxsəmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentindədostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndəheyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstəkverirlər.

Görüşdə ali qanunvericilik orqanlarının komitələri arasındamünasibətlərin inkişafının əhəmiyyəti qeyd olunub. İkitərəfliəməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstanparlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfliəməkdaşlıq formatının önəmindən danışılıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəilə öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmışvəziyyət barədə danışan spiker Sahibə Qafarova Azərbaycan vəErmənistan arasında sülh prosesinin gedişi barədə məlumatverib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan parlamentininSektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri ŞotaBerekaşvili Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb,ölkələrimiz arasında tarixi köklərə əsaslanan və bu gün stratejitərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətindəndanışıb.

Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafıregionda təhlükəsizliyi, sabitliyi təmin etməklə yanaşı, həm dəxalqlarımızın rifahına xidmət edir.

Şota Berekaşvili parlamentlərimiz arasında əlaqələrin daha dainkişaf etdirilməsinin, komitələr arasındakı işbirliyinin daha daartırılmasının, dostluq qruplarının fəaliyyətiningücləndirilməsinin zəruriliyini qeyd edib, parlamentlərimizarasında əməkdaşlığın perspektivləri haqqında fikirlərinibölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Azərbaycan-Gürcüstan
Azərbaycan-Gürcüstan
Azərbaycan-Gürcüstan
Azərbaycan-Gürcüstan
Azərbaycan-Gürcüstan
Məqalədə:
Seçilən
7
14
az.trend.az

10Mənbələr