Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub...
"Report"un əldə etdiyi məlumata görə, onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.
Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.
***
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
Poliqon xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə rəsmi şəxsi saxlanılıraq Bakıya gətirilir.
Qeyd edək ki, xəbəri "News24.az" saytı yayıb.
Poliqon.info