
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham edildikləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır.
Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.
***15:03
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
Yeniavaz.com “News24.az” saytına istinadla xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.