
“Sabah” FK-nın yeni baş məşqçisi müəyyənləşib.
Yeniavaz.com klubun rəsmi saytına istinadla xəbər verir ki, litvalı mütəxəssis Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.
Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin "Omoniya" (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarına rəhbərlik edib.