“Sabah”ın yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda litvalı mütəxəssis Valdas Dambrauskasa tapşırılıb. Onunla 3 illik müqavilə bağlanıb.
Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-14), “Jalgiris” (2014-17), Latviyanın RFS (2017-20), Xorvatiyanın “Qoritsa” (2020-21), “Hayduk” (2021-22), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-23) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.
Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.
Qeyd edək ki, Valdas Dambrauskas bu vəzifədə Vasili Berezutskini əvəzləyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta