Xəbər verdiyimiz kimi, dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Belə ki, “Azeri Light” markalı neftin bir bareli 3,79 ABŞ dolları və ya 5 faiz bahalaşaraq 79,58 dollara yüksəlib. İddialara görə, bu rəqəm 90-100 dollara qədər qalxa bilər. Bildirilir ki, bu halda ölkənin neft ixracından əldə etdiyi gəlirlər də çoxalacaq. Hətta növbəti mərhələdə sözügedən qazancın sosial paketlər üzrə xərclənməsi mümkündür. Yəni proses əməkhaqqı, pensiya, müxtəlif təqaüd, müavinət növləri üzrə ödənişlərin artırılması ilə nəticələnə bilər.
Bu proqnozun gerçəkləşməsi realdırmı?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanın iqtisadiyyatı böyük ölçüdə neft gəlirlərinə əsaslanır.
Ətraflı videoda:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta