AZ

Azərbaycan nefti kəskin bahalaşdı: maaş və pensiyalar artacaq? 

 Xəbər verdiyimiz kimi, dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Belə ki, “Azeri Light” markalı neftin bir bareli 3,79 ABŞ dolları və ya 5 faiz bahalaşaraq 79,58 dollara yüksəlib. İddialara görə, bu rəqəm 90-100 dollara qədər qalxa bilər. Bildirilir ki, bu halda ölkənin neft ixracından əldə etdiyi gəlirlər də çoxalacaq. Hətta növbəti mərhələdə sözügedən qazancın sosial paketlər üzrə xərclənməsi mümkündür. Yəni proses əməkhaqqı, pensiya, müxtəlif təqaüd, müavinət növləri üzrə ödənişlərin artırılması ilə nəticələnə bilər.

Bu, real ehtimaldırmı?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanın iqtisadiyyatı böyük ölçüdə neft gəlirlərinə əsaslanır:

“Neftin dünya bazarında bahalaşması, təbii ki, maraqlarımıza uyğundur. Bu, büdcəyə əlavə vəsait axını deməkdir. Həmin vəsait hesabına maaşların, pensiyaların və sosial müavinətlərin artırılması mümkündür. Amma bu, həm də hökumətin sözügedən gəlirləri necə bölüşdürəcəyindən asılıdır”.

Ekspert bildirib ki, neftin bahalaşması yalnız divident gətirmir, həm də qlobal inflyasiya prosesini sürətləndirir:

“Bu isə idxal edilən məhsulların qiymətində artımla nəticələnir. Ölkə idxaldan asılı olduğu üçün bahalaşma əhalinin alıcılıq qabiliyyətinə birbaşa təsir edir. Bu şəraitdə maaş və pensiyaların nominal artımı olsa belə, onun təsiri məhdud ola bilər. Çünki inhisarçılıq davam edir. Maaşlar və müavinətlər artırıldıqda qiymətlər dərhal bahalaşır. Bu səbəbdən nominal gəlir yüksəlsə də, real dəyəri dəyişmir”.


Seçilən
5
3
referans.az

4Mənbələr