Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, iyunun 19-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.
Bildirilir ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.
Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək.
Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.