AZ

Müəllimlərin sertifikasiya imtahanı mərhələsinin ikinci günü yekunlaşdı

BAKI, 19 iyun. TELEQRAF

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Teleqraf xəbər verir ki, iyunun 19-da keçirilən test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Seçilən
1
13
teleqraf.com

10Mənbələr