Bakı. Trend:
İyunun 19-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrəKomissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesinmüflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib.
Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Ədliyyə Nazirliyinin əməkdaşları, MərkəziBankın, İqtisadiyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin, Hüquqi Ekspertiza və QanunvericilikTəşəbbüsləri Mərkəzinin, Vəkillər Kollegiyasının və özəl sektorunnümayəndələri iştirak ediblər.
Tədbirin əsas mövzusunu “Sağlamlaşdırma və müflisləşmə haqqında”qanun layihəsinin ilkin müzakirəsi təşkil edib.
Tədbiri giriş sözü ilə açan İşçi qurupun rəhbəri, ədliyyənazirinin müavini Abiddin Hüseynov Biznes Mühiti və BeynəlxalqReytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupununfəaliyyəti nəticəsində görülən işlərdən, müvafiq sahədə tematikqrup tərəfindən hazırlanmış qanun layihəsindən bəhs edib.
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idərəsinin rəis müaviniSəkinə Əliyeva “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanunlayihəsi barədə məlumat verib və təqdim ediləcək təkliflər əsasındalayihənin təkmilləşdirilməsi istiqamətində işlərin görüləcəyinibildirib.
Tədbir yeni qanun layihəsi ilə bağlı iclas iştirakçılarınınçıxışları ilə davam etdirilib, qrup üzvlərinin təklifləridinlənilib, bu istiqamətdə müzakirələr aparılıb. Qərara alınıb ki,qısa müddətdə qanun layihəsi daxil olan rəy və təkliflər əsasındatəkmilləşdirilərək Komissiyaya təqdim edilsin.