AZ

Fəzail Ağamalı sədrlikdən getməsindən danışdı: "Qərarımı seçkilərdən sonraya saxlamışdım"

"Sədrlikdən getməklə bağlı fikrim var idi. Sadəcə bunun gündəmə gətirilməsini istəmirdim. Ötən ilin sentyabrın 1-də keçirilən parlament seçkilərindən öncə də belə bir niyyətim var idi. Lakin müəyyən səbəblərə görə bu qərarı seçkilərdən sonraya saxlamalı oldum".
 
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı sədrlikdən gedəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
 
O, artıq sədrlik etdiyi partiyanın bu il növbədənkənar qurultayının keçirilməsi ilə bağlı qərar qəbul etdiyini bildirib: “Beləliklə, partiyada sədr kimi fəaliyyətimə son qoyacam. Qurultayda partiyanın yeni sədri seçiləcək. İstəyimiz odur ki, yeni sədr də partiyanın ənənələrinə söykənərək Azərbaycan dövlətçiliyinə, ulu öndər Heydər Əliyevin siyasi irsinə və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dayaq olsun, bu proseslərin içərisində iştirak etsin. Bununla da dövlətçiliyimizə öz töhfəsini vermiş olsun”.
 
Fəzail Ağamalı qurultayda sədrliyə namizəd olmayacağını, ancaq partiya üzvü kimi qalacağını qeyd edib: “Partiyanın lideri kimi qalmağımla bağlı məsələ qurultaya təqdim olunacaq. Qurultay qərar verərsə, bunu hörmətlə qarşılayacam. Ümumilikdə isə belə bir iddianın olması da istisna edilmir”.
 
Qeyd edək ki, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı bu ilin oktyabr ayının ikinci yarısında partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı əmr imzalayıb.
 
Fəzail Ağamalı 1990-cı ildən Ana Vətən Partiyasının sədridir. O, 1993-1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icra edib. Bundan başqa, həmin illərdə Sosial Təminat nazirinin müavini vəsifəsində çalışıb. Bundan başqa, F.Ağamalı əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsi icraçısı icra edib. (1993–1994). Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub.
Seçilən
64
24
moderator.az

10Mənbələr