İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlər sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib.
AzEdu.az xəbər verir ki, Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Soltanova Xəyalə Bəylər qızı 57 bal;
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Abasova Aynur Xalidşah qızı 55 bal toplayıb.