AZ

Xankəndi və Şuşa məktəblərinin təhsilverənləri sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstəriblər (FOTO)

Bakı: Trend:

İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumi təhsilmüəssisələrində fəaliyyət göstərən təhsilverənlərsertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib.

Bu barədə Trend-ə Qarabağ regional təhsil idarəsinin məlumatverilib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli bildiribki, Sertfikasiya imtahanlarının ikinci günündə Bərdə şəhərindəkeçirilən imtahanda Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tamorta məktəbin coğrafiya müəllimi Soltanova Xəyalə Bəylər qızı 57bal; Şuşa şəhər 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimiAbasova Aynur Xalidşah qızı 55 bal toplayıb.

Qeyd edək ki, Azərbaycan dövlətinin Qarabağda və ŞərqiZəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesiçərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarınınqurulmasına xüsusi diqqət ayrılır. Xankəndi şəhər Nizami Gəncəviadına 4 nömrəli orta məktəb və Şuşadakı 1 saylı orta məktəb bunundaha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsilmüəssisələri Xankəndi və Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqlayanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində şəhərlərə qayıdacaqşagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmətedir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım MehribanƏliyeva 2024-ci ilin noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam ortaməktəbin açılışında iştirak ediblər. İlham Əliyev 2024-cü ilinSentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəlitam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.

Xankəndi
Xankəndi
Seçilən
2
3
az.trend.az

5Mənbələr