AZ

QDİƏTPA-nın 65-ci plenar sessiyasının iştirakçıları Füzuli rayonuna səfər ediblər

İyunun 19-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzuli rayonunda olublar.

Nümayəndə heyətini QDİƏT PA-da nümayəndə heyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, Rizvan Nəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və Mahir Süleymanlı müşayiət ediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək hava limanı ilə tanış olublar.

Qonaqları  qarşılayan  Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara hava limanı barədə məlumat veriblər. Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış Füzulidə törədilən dağıntılar, vandalizm aktları barədə faktlar səfər iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Füzuli şəhərini də talayıblar, bütün evləri, şəhər infrastrukturunu dağıdıblar, şəhəri tamamilə yer üzündən siliblər.

Qonaqlara rayon işğaldan azad edildikdən sonra Füzuli şəhərində Baş plana uyğun olaraq Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat verilib, onlar hava limanında sərgilənən stendlərlə tanış olublar Bildirilib ki, artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşır. Onlar Füzuli şəhərində inşa olunan yeni yaşayış məhəllələrində məskunlaşırlar.

Seçilən
0
10
xalqqazeti.az

10Mənbələr