AZ

102 müəllim sertifikasiya imtahanına gəlmədi - YENİLƏNİB +  FOTO

Bu gün coğrafiya və ibtidai sinif müəllimləri üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçirilib.
 
Moderator.az xəbər verir ki, imtahanda dəvət edilmiş 4330 müəllimdən 4228 nəfər iştirak edib.
 
13:08
 
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.
 
Bu barədə Moderator.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, bu gün keçirilən imtahanda coğrafiya fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri iştirak edirlər.
 
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.
Seçilən
0
6
moderator.az

10Mənbələr