AZ

Sertifikatlaşdırılma imtahanı başa çatdı - YENİLƏNİB

Bu gün coğrafiya və ibtidai sinif müəllimləri üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçirilib.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, imtahanda 4228 nəfər müəllim iştirak edib.

***

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.

Bu barədə Redaktor.az-a MÜTDA-dan məlumat verilib.

19 iyun tarixində keçirilən imtahanda coğrafiya fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri iştirak edirlər.

Qeyd edilib ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.

Seçilən
0
6
redaktor.az

10Mənbələr