87 yaşında ikiqat Dünya Seriyası çempionu, məşhur beysbolçu Ron Teylor vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin “New York Mets” klubunun mətbuat xidməti məlumat yayıb.
Teylor uzun sürən xəstəlikdən sonra Toronto şəhərində dünyasını dəyişib. Onun dəqiq xəstəliyi açıqlanmayıb.
Ron Teylor peşəkar karyerasına 1962-ci ildə “Klivlend İndiyns” klubunda başlayıb. 1964-cü ildə “Sent Luis Kardinals”ın heyətində Dünya Seriyasını qazanıb. 1969-cu ildə isə “Nyu York Mets”lə eyni uğuru təkrarlayıb. Həmçinin “Hyuston Astros” və “San Dieqo Padres” komandalarında da çıxış edib. Karyerasını 1972-ci ildə başa vurub.
İdmandan sonra Teylor tibb məktəbinə qəbul olub və “Toronto Blu Ceys” klubuna komanda həkimi kimi qoşulub. Orada təxminən 30 il çalışıb. 1985-ci ildə Kanadanın Beysbol Şöhrət Zalına daxil edilib.