AZ

Leyla Əhmədova vəfat etdi

Keçmiş dövlət müşaviri, mərhum diplomat Vəfa Quluzadənin həyat yoldaşı Leyla Əhmədovanın vəfat etdiyi barədə xəbər yayılıb.
 
Moderator.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Facebook-da Quluzadələr ailəsini tanıyan şəxslər tərəfindən  yayılıb.
 
Məlumata görə, mərhum bu gün dəfn edilib.
 
Vəfa Quluzadə 1990-1999-cu illərdə xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsini tutub.
 
2010-cu ildə onun oğlu Murad Quluzadə 36 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.
 
Vəfa Quluzadə 2015-ci ilin aprelində ürək əməliyyatı keçirmiş, mayın 1-də isə vəfat etmişdi.
 
Allah rəhmət eləsin.
Seçilən
37
50
moderator.az

10Mənbələr