AZ

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.

Ölkə.Az verir ki, İsveçrənin Nyon şəhərində keçirləcək keçiriləcək tədbirdə Azərbaycanın 12 qat çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşib.

Püşkə əsasən, Ağdam klubu ÇL-in ikinci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə görüşəcək.

Birinci oyun 22 və ya 23 iyulda, cavab matçı isə 29 və ya 30 iyulda baş tutacaq. 

Yarışın finalı 2026-il mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.

Seçilən
5
5
olke.az

8Mənbələr