Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılacaq.

Offsideplus.az verir ki, İsveçrənin Nyon şəhərində keçirləcək keçiriləcək tədbirdə Azərbaycanın 12 qat çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.

“Qarabağ”ın potensial rəqibləri:

"Riyeka" (Xorvatiya)

"Pafos" (Kipr)

"Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta) cütünün qalibi

"Kups" (Finlandiya) - "Milsami" (Moldova) cütünün qalibi 

TNS - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi 

"Levadiya" (Estoniya) - RFS (Latviya) cütünün qalibi 

"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) cütünün qalibi 

"Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi 

"Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya) cütünün qalibi 

"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi 

"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi 

"Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütünün qalibi

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14-də başlanacaq.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları 22/23 və 29/30 iyulda oynanılacaq. 

Yarışın final matçı 2026-il mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.