Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyadakı tərəfdarlarının biznesmen Samvel Karapetyanın bəyanatını Rusiyanın onun hökumətinə qarşı başlatdığı hibrid müharibə kimi qiymətləndirməsini şərh edib.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə iyunun 18-də parlamentdə jurnalistlərlə söhbətində deyib.
"Mən Kremlin və ya Rusiya hökumətinin bu cür addımlar ata biləcəyinə inana bilmirəm. Ancaq istisna etmirəm ki, Rusiyada belə müəyyən dairələrin olması ehtimalı yüksəkdir. Əminəm ki, bu hibrid hərəkətlərin və müharibənin arxasında başqa ölkələrin dairələri dayanır", - Paşinyan bildirib.
O, bu “hibrid riskləri” idarə etmək üçün bütün imkanlara malik olduğunu da əminliklə bildirib.