AZ

“Kəpəz”in ev oyunlarını hansı stadionda keçirəcəyi bəlli oldu

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kəpəz”in 2025/26 mövsümündə ev oyunlarını harda keçirmək istədiyi bəlli olub. “Football-plus.az” xəbər verir ki, Gəncə təmsilçisi Qəbələ şəhər stadionunda meydana çıxmaq istəyir. Artıq bu yöndə danışıqlara start verilib. “Qəbələ” yaxın günlərdə yekun qərarını “sarı-göylər”lə paylaşacaq.Xatırladaq ki, “Kəpəz” Gəncə şəhər stadionunun inşasıyla bağlı görülən işlər səbəbindən 2023/24 mövsümünün qış fasiləsindən sonra ev oyunlarını Qəbələ şəhər stadionunda keçirsə də, fevralın 26-da burdan çıxarılıb. “Qırmızı-qaralar” gözlənilməz addımı ot örtüyünün həddən artıq yüklənməsiylə izah edib. “Sarı-göylər” o vaxtdan bəri Tovuz şəhər stadionunda meydana çıxıb.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
icma.az

2Mənbələr