“Kəpəz”in 2025/26 mövsümündə ev oyunlarını harda keçirmək istədiyi bəlli olub.
“Football-plus.az” xəbər verir ki, Gəncə təmsilçisi Qəbələ şəhər stadionunda meydana çıxmaq istəyir. Artıq bu yöndə danışıqlara start verilib. “Qəbələ” yaxın günlərdə yekun qərarını “sarı-göylər”lə paylaşacaq.
Xatırladaq ki, “Kəpəz” Gəncə şəhər stadionunun inşasıyla bağlı görülən işlər səbəbindən 2023/24 mövsümünün qış fasiləsindən sonra ev oyunlarını Qəbələ şəhər stadionunda keçirsə də, fevralın 26-da burdan çıxarılıb. “Qırmızı-qaralar” gözlənilməz addımı ot örtüyünün həddən artıq yüklənməsiylə izah edib.
“Sarı-göylər” o vaxtdan bəri Tovuz şəhər stadionunda meydana çıxıb.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta