AZ

Trent Aleksander-Arnold “Real”da ilk məşqindən danışdı

“Real”ın yeni transferi, 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold “qaymaqlılar”la ilk məşqçi haqda söhbət açıb.

Arena.az “Madrid Xtra” dərgisinə istinadən, Trentin müvafiq açıqlamasını təqdim edir:

“Real”la məşqim? Yüksək bir səviyyə. Top çox sürətlə hərəkət edir. Hər şey, mənim daha əvvəl, oyunçular və oyunun başlanğıcı baxımından öyrəşdiyimdən çox fərqlənir. Amma bu, yaxşıdır, mən dəyişikliklərdən zövq alıram. Özümü çox yaxşı hiss edirəm”, deyə Trent vurğulayıb.

Trent Aleksander-Arnold “Liverpul”un məzunudur. “Real” Trenti cari ilin iyun ayında, futbolçunun “qırmızılar”a müqaviləsinin başa çatmasına bir ay qalmış, erkən surətdə “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” “Liverpul”a erkən keçid müqabilində 10 milyon avro məbləğində təzminat haqqı ödəyib. Trent “Real”la müddəti 2031-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Aleksander-Arnold “Liverpul”un heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 34 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
50
arena.az

10Mənbələr