AZ

Sahibkarlar üçün 10 milyon manata qədər güzəştli kreditlər təqdim olunur

Kapital Bank SİF kreditləri çərçivəsində dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün güzəştli kreditlər təqdim edir.

Finss.az xəbər verir ki, kredit üzrə güzəşt müddəti müddətin yarısınadəkdir.

Kreditin məbləği 5 min AZN-dən başlayaraq 10 milyon AZN-dək ola bilər. Kredit müddəti isə 10 ilədək müəyyən edilir. İllik faiz dərəcəsi 5%-dək təklif olunur.

Kredit təhlili üçün tələb olunan sənədlər arasında sahibkarın investisiya layihəsinə dair məlumatlar (200 min manatadək kreditlər üçün) və biznes plan (200 min manatdan böyük kreditlər üçün) yer alır. Bundan əlavə, sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri təqdim edilməlidir.

Ətraflı məlumat üçün: //birbank.business/kreditler/sif-kreditleri/guzestli-kredit?id=1

Fuad Mədətov
Finss.az

Seçilən
13
3
fins.az

10Mənbələr