AZ

Vəfa Quluzadənin həyat yoldaşının vəfat etdiyi bildirilir

Keçmiş dövlət müşaviri, mərhum diplomat Vəfa Quluzadənin həyat yoldaşı Leyla Əhmədovanın vəfat etdiyi barədə xəbər yayılıb.

 

Bu barədə məlumat Facebook-da Quluzadələr ailəsini tanıyan şəxslər tərəfindən  yayılıb.

 

Məlumata görə, mərhum bu gün dəfn edilib.

 

Vəfa Quluzadə 1990-1999-cu illərdə xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsini tutub.

 

2010-cu ildə onun oğlu Murad Quluzadə 36 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

 

Vəfa Quluzadə 2015-ci ilin aprelində ürək əməliyyatı keçirmiş, mayın 1-də isə vəfat etmişdi.

 

Allah rəhmət eləsin./Modern.az

Seçilən
4
8
sfera.az

7Mənbələr