AZ

Leyla Əhmədova vəfat etdi

Keçmiş dövlət müşaviri, mərhum diplomat Vəfa Quluzadənin həyat yoldaşı Leyla Əhmədovanın vəfat etdiyi barədə xəbər yayılıb.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Facebook-da Quluzadələr ailəsini tanıyan şəxslər tərəfindən  yayılıb.

Məlumata görə, mərhum bu gün dəfn edilib.

Vəfa Quluzadə 1990-1999-cu illərdə xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsini tutub.

2010-cu ildə onun oğlu Murad Quluzadə 36 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Vəfa Quluzadə 2015-ci ilin aprelində ürək əməliyyatı keçirmiş, mayın 1-də isə vəfat etmişdi.

Allah rəhmət eləsin.


Seçilən
9
8
news24.az

7Mənbələr