Natanzdakı (İran) uran zənginləşdirmə zavodunun yeraltı məkanlarına zərbələrin izləri aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"İyunun 13-də baş verən hücumlardan sonra toplanan yüksək dəqiqlikli peyk görüntülərinin davam edən təhlili əsasında, AEBA Natanzdakı yeraltı zənginləşdirmə sexlərinə birbaşa təsiri göstərən əlavə elementlər aşkar edib", - paylaşımda qeyd olunub.
Bildirilib ki, İsfahan və Fordo ilə bağlı hesabatlarda dəyişiklik yoxdur.