ain.az bildirir, Sitat.info portalına istinadən.
Natanzdakı (İran) uran zənginləşdirmə zavodunun yeraltı məkanlarına zərbələrin izləri aşkarlanıb.
Sitat.info xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"İyunun 13-də baş verən hücumlardan sonra toplanan yüksək dəqiqlikli peyk görüntülərinin davam edən təhlili əsasında, AEBA Natanzdakı yeraltı zənginləşdirmə sexlərinə birbaşa təsiri göstərən əlavə elementlər aşkar edib", - paylaşımda qeyd olunub.
Bildirilib ki, İsfahan və Fordo ilə bağlı hesabatlarda dəyişiklik yoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.