Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 036,1 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından ağ neft istehsalı 0,3%, qazoylların (dizel yanacağının) istehsalı 4,3%, neft bitumu istehsalı 7,1%, avtomobil benzini istehsalı 10,7%, neft koksunun istehsalı 12% , sürtkü yağları istehsalı 45,8 faiz azalıb.
Məlumata görə, hesabat dövründə ölkədə mazutun istehsalı 56,6 dəfə, maye qazların istehsalı isə 12,2% artıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar
Məhsul növləri | 2025-ci ilin yanvar-may aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.06.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 549,3 | 89,3 | 53,1 |
Ağ neft, min ton | 266,8 | 99,7 | 39,1 |
Qazoyllar (dizel yanacağı), min ton | 938 | 95,7 | 158,7 |
Mazut, min ton | 56,6 | 56,6 d. | 1,9 |
Sürtkü yağları, min ton | 15,0 | 54,2 | 2,8 |
Maye qazlar, min ton | 92,6 | 112,2 | 1,6 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 302,2 | 69,4 | 46,2 |
ondan: neft bitumu, min ton | 87,6 | 92,9 | 8,7 |
neft koksu, min ton | 84,7 | 88,0 | 37,0 |