RU

Azərbaycanda bu il 2 mlrd. manatlıq neft məhsulları istehsal olunub - CƏDVƏL

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 036,1 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından ağ neft istehsalı 0,3%, qazoylların (dizel yanacağının) istehsalı 4,3%, neft bitumu istehsalı 7,1%, avtomobil benzini istehsalı 10,7%, neft koksunun istehsalı 12% , sürtkü yağları istehsalı 45,8 faiz azalıb.

Məlumata görə, hesabat dövründə ölkədə mazutun istehsalı 56,6 dəfə, maye qazların istehsalı isə 12,2% artıb.

Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar

Məhsul növləri

2025-ci ilin yanvar-may aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.06.2025-ci

il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

549,3

89,3

53,1

Ağ neft, min ton

266,8

99,7

39,1

Qazoyllar (dizel yanacağı), min ton

938

95,7

158,7

Mazut, min ton

56,6

56,6 d.

1,9

Sürtkü yağları, min ton

15,0

54,2

2,8

Maye qazlar, min ton

92,6

112,2

1,6

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

302,2

69,4

46,2

ondan:

neft bitumu, min ton

87,6

92,9

8,7

neft koksu, min ton

84,7

88,0

37,0

Избранный
12
1
apa.az

2Источники