AZ

Qəbələdə sel: kəndlər arasında əlaqə kəsildi

Güclü leysan yağışlarından sonra gələn sel Qəbələ rayonundan keçən bir sıra çaylarda sululuğun artmasına səbəb olub.

NOCOMMENT.az Baku TV-yə istinadən xəbər verir ki, nəticədə iki kəndlə – Solquca və Dandıx arasında əlaqə kəsilib.

Bəzi sürücülər yaranmış problemin həll olunmasını gözləməli olsa da, bəziləri çayı keçməyə üstünlük veriblər.

“Çay daşıb, körpü lazımdır. Maşınlar dağılıb, pis vəziyyətə düşür. Aidiyyəti qurumlardan gəlirlər, amma əhaliyə xeyirləri yoxdur”, – deyə kənd sakini narazılığını bildirib.

Seçilən
4
5
nocomment.az

6Mənbələr