Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Güclü leysan yağışlarından sonra gələn sel Qəbələ rayonundan keçən bir sıra çaylarda sululuğun artmasına səbəb olub.
Nəticədə iki kəndlə - Solquca və Dandıx arasında əlaqə kəsilib. Bəzi sürücülər yaranmış problemin həll olunmasını gözləməli olsa da, bəziləri çayı keçməyə üstünlük veriblər.
"Çay daşıb, körpü lazımdır. Maşınlar dağılıb, pis vəziyyətə düşür. Aidiyyəti qurumlardan gəlirlər, amma əhaliyə xeyirləri yoxdur", - deyə kənd sakini narazılığını bildirib.
Ətraflı süjetdə:
Qəbələdə sel kəndlər arasında əlaqəni kəsdi - Sakinlər çətin durumda qaldılar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.